Gəncə şəhər Baş Polis İdarəsinin 1 saylı Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinə yeni rəis təyin edilib.
7Times.az -ın yerli bürosunun əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmri imzalayıb.
Əmrə əsasən, polis baş leytenantı Devran Abuzərov Gəncə şəhər 2 saylı polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsindən azad olunaraq Gəncə şəhər Baş Polis İdarəsinin 1 saylı polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Follow @7timesaz