Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
7Times.az xəbər verir ki, 300 komandanın yer aldığı siyahıya Azərbaycandan “Qarabağ” və “Neftçi” düşüb.
Ağdam təmsilçisi ötən reytinq cədvəli ilə müqayisədə 7 pillə irəliləyib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 136 xalla 99-cu sıraya yüksəlib.
“Neftçi” isə 87 xalla 237-ci pillədən 221-ci sırayadək irəliləyib.
Reytinq cəvdəlinə 305 xalla İngiltərənin “Çelsi” klubu başçılıq edir.
Follow @7timesaz