ABŞ 30,5 trilyon dollarla dünyada ən çox borcu olan ölkədir.
“7Times.az” “HaberTürk”ə istinadən xəbər verir ki, bu barədə “Debt Clock” şirkəti məlumat yayıb.
Bu siyahıda Yaponiya 14,9 trilyon dollarla ikinci, Çin isə 10,6 trilyon dollarla üçüncü yerdədir. Ən çox borcu olan ölkələr arasında 3,8 trilyon dollarla İtaliya, 3,6 trilyon dollarla Fransa, 3,4 trilyon dollarla Almaniya, 3,3 trilyon dollarla İngiltərə, 2,3 trilyon dollarla Hindistan, 1,9 trilyon dollarla Braziliya və Kanada var.
Məlumata görə, pandemiya və müharibədən sonra ölkələrin borcları daha da artıb. Belə ki, bu ilin əvvəlindən bəri dollar indeksinin 8%-ə qədər artması ilə qlobal borclar birinci rübdə 300 trilyon dolları ötüb. Qlobal iqtisadiyyatda COVID-19 pandemiyasından sonra azalan istehlakı canlandırmaq üçün hökumətlər ev təsərrüfatlarına və kövrək sektorlara yardım ediblər ki, bu da dövlət borcunun əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcəsini artıracağı ilə bağlı gözləntilər və ABŞ iqtisadiyyatının digər ölkələrlə müqayisədə daha yaxşı canlanması kimi amillərin dəstəyi ilə dollar indeksi artıb. Belə ki, dollar indeksi son 20 ilin maksimum səviyyəsinə çatıb. Bu da inkişaf etməkdə olan ölkələrin pul vahidləri üzərindəki təzyiq də artırıb.Eyni zamanda, dolların digər valyutalar qarşısında dominantlığının güclənməsi digər ölkələrin rifah səviyyəsi və hazırda qeyri-sabit olan maliyyə bazarları üçün risk yaradır.
Beynəlxalq Maliyyə İnstitutunun (IIF) məlumatına görə, bu ilin birinci rübündə qlobal dövlət borcu ötən ilin sonu ilə müqayisədə 3,3 trilyon dollar artaraq 305,3 trilyon dollar təşkil edib.
Follow @7timesaz