Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən elan edilən cənub əməliyyat komandanlığının yaradılması Silahlı Qüvvələrdə şəxsi heyətin sayının 80 min nəfərə qədər artırılmasını nəzərdə tutur.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı hesabatında qeyd edib.
Bildirilir ki, hərbi hissələri anbarda qalan texnika və silahlarla təchiz etmək istəyirlər.
2021-ci ilin sonuna olan məlumata görə, Belarus ordusu 65 min nəfərdən ibarət olub ki, onların da 20%-dən çoxu mülki şəxslərdir.
Xatırladaq ki, 26 may 2022-ci ildə Lukaşenko ordu rəhbərlərinə Ukrayna ilə sərhədlərin yaxınlığında “dərhal” cənub əməliyyat komandanlığı yaratmağı əmr edib.
oxu/az
Follow @7timesaz