Ölkə

Kəlbəcərdə əsgərimiz faciəvi şəkildə vəfat etdi – YENİLƏNDİ

Kəlbəcərdə əsgərimiz faciəvi şəkildə vəfat etdi – YENİLƏNDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun hərbi qulluqçusunu elektrik cərəyanı vuraraq öldürüb.

Respublika Hərbi Prokurorluğundan 7Times.az-a verilən xəbərə görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlunun 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri hərəkətlər icra edilib: “Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaq.

Hərbi Prokurorluğun rəhbərliyi səbəbindən asılı olmayaraq istənilən ölüm faktının araşdırılmasını nəzarətə götürür və hərtərəfli, tam və obyektiv araşdırma aparılması təmin olunur”.

Kəlbəcərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bədbəxt hadisə baş verib.

7Times.az xəbər verir ki, hadisə ötən gün saat 16:30-da Çopurlu kəndi yaxınlığında baş verib. Belə ki, hərbi hissənin ərazisində 2003-cü il təvəllüdlü əsgər Əliyarov Riyad Məmməd oğlu yüksək gərginlikli cərəyan vurması nəticəsində vəfat edib.

Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırmalara başlanılıb.