Aktual

“Həmişə çətin vəziyyətdən çıxdıqdan sonra xəstələnir” – Zelenskinin həyat yoldaşı

“Həmişə çətin vəziyyətdən çıxdıqdan sonra xəstələnir” – Zelenskinin həyat yoldaşıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Alyona Zelenskaya “The Guardian” qəzetinə açıqlaması ilə diqqət çəkib.
7Times.az Teleqraf.com-a istinadən xəbər verir ki, birinci xanım müharibə başlayan ərəfədə təhlükəsizlik baxımından harada olduğunu gizli saxlayıb.
Ukraynada qaldığını diqqətə çatdıran Alyona Zelenskaya iki ay müddətində həyat yoldaşı ilə nadir hallarda danışdığını və onu digər ukraynalılar kimi yalnız televiziyadan izləyə bildiyini deyib.
Alyona Zelenskaya “Deməli, televizorunuz var idi” sualına isə zarafatla cavab verib: “Görürəm ki, məndən ipucu almağa çalışırsınız. Bəli, bizim televizorumuz var idi. Mən bunkerdə deyildim”.
Uzun müddətdən sonra həyat yoldaşı ilə görüşən birinci xanım bu sözləri deyib: “Bir-birimizə sarıldıq, salamlaşdıq və necə olduğumuzu soruşduq. Uşaqlar da orada idilər və atalarını qucaqladılar. Artıq bir-birimizi görə bilirik. Bu, işləri bir az daha da yüngülləşdirir”.
Birinci xanım Rusiya-Ukrayna müharibəsinin başlayacağına inanmadığını da bildirib: “Hər tərəfdən fərqli məlumatlar gəlirdi. Əlbəttə ki, kimsə mənimlə hərbi sirləri paylaşmırdı. Düzü, müharibənin olacağına inanmırdım. Xarici pasportum belə hazır deyildi”.
O, həyat yoldaşının ruh halından da danışıb: ” O, tanıdığım hər kəsdən çox qeyri-mümkün situasiyalardan çıxan biridir. Hər zaman ətrafındakılarını ruhlandıra bilir. Ətrafındakı hər kəs təslim olsa belə o, heç vaxt təslim olmur. Nizam-intizam onun göbək adıdır. Hər səhər zəng çalır, durur, dişlərini fırçalayır, geyinib gedir. Qəribədir ki, son aylarda əhvalında heç bir dəyişiklik olmayıb. Hər şeyi gizlədirmi? Müharibə bitdikdən sonra bunlar özünü biruzə verəcəkmi? Bunlardan daha çox onun fiziki sağlamlığı üçün narahatam. Çünki çətin vəziyyətdən çıxdıqdan sonra həmişə xəstələnir. Mən bu mövzuda ona baxmağa çalışıram, amma bütün kişilər kimi o, hərarətinin və təzyiqinin yoxlanılmasını sevmir. Amma mən bunları etməyə çalışıram”.