Aktual

“Ukraynanın təxminən 10 milyard dollar dəyərində taxıl ehtiyatı var” – Zelenski

“Ukraynanın təxminən 10 milyard dollar dəyərində taxıl ehtiyatı var” – Zelenskibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın ixraca hazır 10 milyard dollarlıq taxıl ehtiyatı var”.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

“Keçən ilki taxıl məhsulunun 20 milyon tona yaxını ixrac olunacaqdı. İndi təxminən 10 milyard dollar dəyərində taxıl ehtiyatı var”, – Zelenski Telegram kanalında dərc olunan müraciətində bildirib.

Ukrayna lideri daha sonra deyib ki, İstanbul müqaviləsinin bütün müddəaları Ukraynanın milli maraqlarına tam uyğundur.

O, səylərinə görə, BMT-nin baş katibi Antonio Quterreşə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

“Rusiya tərəfindən hansısa təxribatlar ola bilər. Amma biz BMT-yə güvənirik. İndi onların və beynəlxalq tərəfdaşlarımızın müqavilələrin yerinə yetirilməsinə zəmanət vermək məsuliyyəti var”, – deyə Zelenski əlavə edib.

Xatırladaq ki, iyulun 22-də İstanbulda qlobal bazarlarda ərzaq və gübrə təchizatı probleminin həllinə yönəlmiş sənədlər paketi imzalanıb.