Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində qeydə alınıb. 34 yaşlı Umudova Nahidə Sadiq qızı özünü asaraq, həyatına son qoyub.
Əldə etdiyimiz məlumata görə, Nahidə Umudova bir neçə gün əvvəl paytaxtın Sabunçu rayonunda 3 avtomobilin toqquşması nəticəsində ölən “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü Fəxri Umudovun həyat yoldaşıdır. Nahidənin də məhz ərinin ölümünə dözə bilməyib özünü asdığı bildirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz