Manşet

“Azərbaycan buna layiqli cavab verəcək!” – İlham Əliyev Gəncəyə hücum haqda

"Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır".

“Azərbaycan buna layiqli cavab verəcək!” – İlham Əliyev Gəncəyə hücum haqdabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev Ermınistanın Gəncəyə artilleriya zərbələri endirməsi ilə bağlı “Tvitterdə” paylaşım edib.

7times.az xəbər verir ki, Prezident Azərbaycanın bütün bunlara layiqli cavab verəcəyini bildirib.

“Ermənistanın hərbi siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!

Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır.

Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür. Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!”, – deyə İlham əliyev vurğulayıb.