Ölkə

Azərbaycanda şok olay: Məktəbdən gələn qızı su kənarına aparıb… – Təfərrüat

Azərbaycanda şok olay: Məktəbdən gələn qızı su kənarına aparıb… – Təfərrüatbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay rayonunda 1991-ci il təvəllüdlü Mahir həmkəndlisi olan azyaşlı Xumara (adlar şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.

7Times.az  Teleqraf.com-a istinadən bildirir ki, hadisə 7 oktyabr 2021-ci ildə, saat 16 radələrində Göyçay rayonun kəndlərindən birində baş verib.

Mahir yaşadığı evin yaxınlığında məktəbdən yaşadığı evə piyada qayıdan 2013-cü il təvəllüdlü Xumarı yolun kənarında olan su bərəsinin kənarına aparıb, orada ona əxlaqsız hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Mahirin barəsində Cinayət Məcəlləsinin 152.3-cü (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə, bu əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirlən şəxs qismində ifadə verən Mahir ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, zərərçəkmiş şəxs onun qonşusu Əlinin qızıdır. Oktyabrın 7-də saat 16 radələrində kənddə olub, amma Xumara qarşı heç bir əxlaqsız hərəkətlərə yol verməyib. O, məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Xumarın sözlərinə görə, ailə üzvləri ilə birlikdə yaşayır və həmin kəndin orta məktəbinin 3-cü sinif şagirdidir:

“Mahir bizimlə eyni kənddə yaşayırıq. Oktyabrın 7-də saat təxminən 16 radələrində məktəbdən çıxaraq sinif yoldaşım Bahadurla birlikdə evə getdik. Elmar adlı şəxsə məxsus kiçik mağazaya çatarkən Mahir bizə yaxınlaşdı. Həmin vaxtı sinif yoldaşım mağazasından kökə almaq istədi. Amma mağaza bağlı idi. Bahadur Mahirə məni evə ötürəcəyini dedi. Mahir isə Bahadura atasının evdə gözlədiyini dedi, məni evə özünün ötürəcəyini söylədi. Bu səbəbdən Bahadur getdi”.

Zərərçəkmiş qeyd edib ki, bundan sonra Mahir onun əlindən tutaraq qoşqulu traktorun dayandığı yerin yanında olan qoz ağacının yanına aparıb: “Orada kubik daşının üstündə oturaraq məni özünə çəkdi, qucağında otuzdurdu və ayaqları ilə yellədi. Mahirin nə etdiyini başa düşmədim. Daha sonra Mahir ayağa qalxdı. Mənim əlimdən tutaraq çaylağa getməyi təklif etdi. Ona evə getmək istədiyimi bildirdim. Mahir də məni yaşadığım evə doğru apardı.

Həmin yerdən təxminən 30 metr aralıda yaşadığım evə gedən yolun sağ tərəfindən keçən su bərəsinin kənarında əncir ağacının yanına çatanda Mahir dayandı. Ətrafa baxdı, əlimdən tutaraq bərənin üstündən çəpər tərəfə hoppandırdı. Həmin yer bir az içəri olduğundan yoldan ora yaxşı görünmür.

Mahir mənə bir az orada söhbət edib, gedəcəyimizi dedi. Nə baş verdiyini anlamadım. Mahir mənə “sənə etsəm, dözə bilərsən?” deyərək soruşdu və çəpərin yanında yerə oturaraq əllərini paltarımın üstündən bədənimin qarın, aşağı hissəsinə toxundurdu. Bədənimi sığallamağa başladı və dodağımdan öpdü. Mahirə etməməsini bildirdim. Dedi ki, guya neynirəm, səni tumarlayıram da. Bu zaman əlləri ilə bədənimin müxtəlif hissələrinə toxunmağa davam etdi”.

Zərərçəkmiş ifadəsində Mahirin ona qarşı əxlaqsız, seksual hərəkətlər etməsindən danışıb. Deyib ki, Mahirə “eləmə sən neynirsən” sözləri desə də, Mahir ona sakit dayanmağı tapşırıb: “Ağzımı əli ilə tutdu və dərhal buraxdı. Daha sonra əynindəki şalvarını aşağı endirdi və mənim də yubkamı aşağı çəkməyə başladı. Mən narazılıq etdim, Mahir isə əlləri ilə bədənimə toxunmağa davam etdi. Oradan getmək istəsəm də, əlimdən tutaraq qoymadı. Dedi ki, işimiz var, qurtaraq sonra gedərsən”.

Zərərçəkmiş bildirib ki, bundan sonra Mahir ona qarşı intim hərəkətlər etməyə davam edib.

Xumarın sözlərinə görə, Mahir onu iyrənc hərəkətlər etməyə məcbur edib.

Zərərçəkmişin ifadəsinə görə, bir qədər sonra birlikdə həmin yerdən gediblər: “Evdə valideyinlərimə bu barədə danışdım. Sonra polisdə izahat verərək hadisə yerini onlara göstərdim”.

Bu cinayət işinə Göyçay rayon Məhkəməsində baxılıb. Mahir 2 il müddətinə azadlıqdan məhrum edilib.