Dünya

Kremldən Soçi görüşü ilə bağlı açıqlama

Kremldən Soçi görüşü ilə bağlı açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan danışıqları davam etdiriləcək.

7Times.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov bildirib.

“Biz vasitəçilik səylərimizi davam etdirəcəyik”, – Peskov vurğulayıb.

Qeyd edək ki, ötən gün Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, rusiyalı həmkarı Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşün sonunda birgə Bəyanat qəbul edilib.