Ölkə

Gəlinin toy günü ata evi yandı – FOTO

Gəlinin toy günü ata evi yandı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda fərdi yaşayış evində yanğın olub.

Hadisə Xətai rayonu, Polad Həşimov küçəsində, ümumi sahəsi 156 kv.m olan birmərtəbəli 6 otaqlı mənzildə qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğına müdaxilə edilib, alov ram edilib. Nəticədə yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Ev sahibi Ramazan Musayevin verdiyi məlumata görə, yanğın hadisəsi qız övladının toy məclisində olduqları müddətdə baş verib. Yanğın xəbərini eşidən ev sahibi və məclis iştirakçıları toyu yarımçıq tərk etməli olublar.

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbədən baş verməsinə görə araşdırmalara başlanılıb.