Ölkə

Sənay Yağmuru zorlamaqda təqsirləndirilən xalası oğlu bəraət istəyir

Sənay Yağmuru zorlamaqda təqsirləndirilən xalası oğlu bəraət istəyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AXCP funksioneri Fuad Qəhrəmanlının qızı Sənay Yağmura cinsi təcavüzdə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Əsgər Ağazadə ilə bağlı hökmdən apelyasiya şikayəti verilib.

7Times.az  xəbər verir ki,  Bakı Apellyasiya Məhkəməsinə göndərilən şikayət ərizəsində Əsgər Ağazadə barəsində bəraət qərarı çıxarılması xahiş olunub.

Xatırladaq ki, prokurorluq tərəfindən həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadənin aşkar surətdə yetkinlik yaşına çatmayan (2004-ci il təvəllüdlü) Sənay Qəhrəmanlıya cinsi təcavüz etməsinə dair əsaslı şübhələr müəyyən olunub.

Məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilən Əsgər Ağazadəyə Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama) maddəsi ilə yekun ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əsgər Ağazadə 5 il müddətinə azadlıqdan məhrum edilib.