Ölkə

Rusiya Paşinyanı şirnikləndirir – Politoloq

Rusiya Paşinyanı şirnikləndirir – Politoloq mövqeyibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində artıq neçənci dəfədir ki, Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı adından dərc olunan hesabatda “Dağlıq Qarabağ ərazisi”, “Mardakert” və “Martuni” yaşayış məntəqələri ifadəsi yer alır. Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə etiraz açıqlaması yayaraq həmin ərazinin ərazi QARABAĞ İQTİSADİ RAYONU, bizə məxsus yaşayış məntəqələrinin isə AĞDƏRƏ və XOCAVƏND olduğunu bəyan etsə də, sülhməramlılar kobud səhvlərini təkrarlamağa son qoymurlar. 

Politoloq Rəşad Bayramov  “7Times.az”a açıqlamasında deyib ki, artıq iki ildir ki, mütəmadi olaraq bu və ya digər səbəblə sülhməramlıların öz vəzifələrini aşan davranışları ilə bağlı Azərbaycan tərəfinin rəsmi Moskvaya haqlı iradlarının şahidi oluruq:

“Rusiya “sülhməramlılarının” üzərlərinə düşən missiyanı icra etməməsi ilə bağlı məsələ yeni deyil.  Bəzi hallarda Azərbaycan tərəfinin iradları öz müsbət həllini tapsa da bu epizodik olaraq baş verib və zaman keçdikcə onlar yenə də öz bildiklərini etməkdə davam ediblər. Son zamanlarda isə həmin hərbi kontingent artıq bütün əndazələri aşıb desək daha düzgün olar. Separatçı rejimin qalıqlarının mövcud olduğu ərazilərdə “sülhməramlıların” gözü qarşısında səngərlərin qazılması, erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılmasını təmin etmək yerinə onlara silah daşınmasına göz yumulması, ayrı-ayrı xarici ölkə vətəndaşlarının Laçın dəhlizi vasitəsilə Qarabağa girişinə şərait yaradılması, Xankəndində mitinq keçirilməsinə dəstək vermək üçün Ermənistandan daşınıb gətirilən şəxslərin ərazilərimizə buraxılması, bölgələrimizin adlarını təhrif edərək, erməni adlarından istifadə edilərək yazılması, öz rəsmi məlumatlarında artıq mövcud olmayan “Dağlıq Qarabağ” ifadəsindən istifadə ediməsi onu deməyə əsas verir ki, rəsmi Moskva bütün vasitələrdən istifadə edərək separatçı rejimin öz mövcudluğunu qoruyub saxlamasına dəstək verir. Çünki Rusiya nəyin bahasına olursa olsun regionda mövcudluğunu qoruyub saxlamaq istəyir. Bunun tək yolu isə Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasından keçir. Başqa sözlə desək, Rusiya öz strateji məqsədləri üçün bu münaqişənin tam həll edilməsini istəmir. Rusiya üçün indiki mərhələdə tək məqbul olan şey kommunikasiya xətlərinin açılması ilə bağlıdır. Ukrayna ilə müharibə səbəbilə ciddi sanksiyalara məruz qalan Rusiya üçün 3+3 formatında əməkdaşlıq həm yeni imkanlar açır, həm də ona Ermənistanla birbaşa dəmir yolu əlaqəsi yaradır. Başqa sözlə desək, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yalnız öz maraqlarının təmin olunması kontekstindən yanaşır”.

Politoloq əlavə edib ki, Rusiya həm Qarabağdakı separatçı rejimə dəstək verməklə onu Paşinyanın apardığı sülh danışıqlarını qəbul etməməyə şirnikləndirir:

“İkinci bir tərəfdən isə Rusiya başa düşür ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını uzun müddət üçün tormozlamaq mümkün olmayacaq. Odur ki, indi əsas gücünü Ermənistana təzyiqdan daha çox separatçı rejimə dəstək verməyə yönəldib. Rusiya bütün vasitələrdən istifadə edərək ona nail olmağa çalışır ki, sülhməramlıların mandatnın uzadılması ilə bağlı müraciətlərə Azərbaycan tərəfindən mübət cavab ala bilsin. Təbii ki, Rusiyanın sərgilədiyi mövqe və sülhməramlıların davranışları Rusiyanın Azərbaycanla imzaladığı sazişlərə və strateji əməkdaşlıqğa birbaşa xələl gətirir. Rusiya nalamalıdır ki, ərazilərimizdə mevvəqəti olaraq yerləşmiş sülhməramlı missiyanın hər hansı bir beynəlxalq mandatı yoxdur və ərazilərimizdə ancaq 10 noyabr üçtərəfli bəyanatın əsasında fəaliyyət göstərirlər. O bəyanatın ki, Ermənistanla yanaşı, həm də Rusiyanın üzərinə müəyyən öhdəliklər qoyur. Əgər Ermənistan və Rusiya həmin bəyanatla üzərlərinə düşən öhdəlikləri icra etməyəcəklərsə o zaman Azərbaycanın da öz öhdəliklərindən imtina edərək həm Laçın dəhlizini bağlamaq, həm də rus hərbi kontingentinin müddətin bitməsini gözləmədən ərazilərimizi tərk etməsini tələb etmək hüququ var”.