İdman

FIFA onları cəzalandıracaq – Siyahıda Messi də var

FIFA onları cəzalandıracaq – Siyahıda Messi də varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FIFA Argentina və Niderland millilərinə qarşı intizam işi açacağını bəyan edib.

İlkin olaraq FIFA DÇ-2022-nin 1/4 final mərhələsində Niderlandı penaltilər seriyasında məğlub edən Argentina millisinin bir neçə üzvünə intizam işi açacaq.

Cənubi amerikalıların aparıcı oyunçularına, o cümlədən Lionel Messiyə və qapıçı Emilinao Martinesə cəza verilə bilər.

Bundan əlavə, topu bilərəkdən Niderland yığmasının ehtiyat oyunçular skamyasına vuran Leandro Paredes və matçdan sonra rəqib futbolçulara əl hərəkəti edən Nikolas Otamendinin hərəkətinə də qiymət veriləcək.

Niderland millisinin oyunçularını da cəza gözləyir. Xəbərlərdə futbolçuların adı çəkilməsə də, FIFA artıq Niderland Kral Futbol İttifaqına məktub ünvanlayıb və cərimələrlə bağlı xəbərdarlıq edib.