18 dekabrda Lusail stadionunda oynanılacaq Dünya Çempionatının final mərhələsini Polşa Futbol Federasiyasının hakimi idarə edəcək.
7Times.az xəbər verir ki, bu barədə FİFA açıqlama yayıb.
Məlumata görə, Argentina-Fransa matçının əsas hakimi Marçiniak olacaq.
Eyni ölkədən olan Pavel Sokolnicki və Tomasz Listkievicz Marçiniakın köməkçiləri, matçın dördüncü hakimi isə amerikalı İsmail Elfath olacaq.
Sfera.az