Ötən gecə Rusiyanın Volqoqrad vilayətinin Qorodişenski rayonununda iki yeniyetmə şəxs ər arvada hücum edərək qadına qarşı cinsi zorakılıq törədiblər.15 və 17 yaşlı iki sərxoş oğlan əvvəlcə cütlüyü vəhşicəsinə döyüb, sonra isə növbə ilə qızı zorlayaraq cinayət yerindən qaçıblar.
Rusiya Federasiyası İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə İstintaq Komitəsinin KİV-lə əlaqələr şöbəsinin böyük köməkçisi Antonin Makeyev, hazırda Qorodişenski Rayonlararası İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 131-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə cinayət işi başlanılması barədə məlumat yayıb.
7Times.az Rusiya mətbuatına istinadən xəbər verir ki,yeniyetmələr həbs edilib. Onlar törətdikləri hadisəni etiraf edib. Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz