Hazırda Rusiya ilə Qərb arasında “onlayn rejimdə” toqquşma iki nöqtədə yaşanır: Ukrayna və Suriyada.
7Times.az axar.az-a istinadən bildirir ki, bu sözləri erməni mediasına açıqlamasında politoloq Benyamin Matevosyan deyib.
“Ermənistanın indiki hakimiyyətinin üzləşdiyi ən böyük problemlərdən biri odur ki, Ermənistan artıq Rusiya və Qərb arasında diplomatik toqquşma meydanına çevrilib. Ermənistan bu toqquşmanın real ola biləcəyi istiqamətə doğru inamla irəliləyir.
Siz çox aydın şəkildə başa düşməlisiniz ki, bu, Ermənistanın və hətta Qarabağın hərbi platformaya çevrilməsinə gətirib çıxaracaq. Başa düşürəm ki, çoxları üçün bu şokdur, bəlkə də emosional nöqteyi-nəzərdən bunu qavramaq çox çətindir, lakin mən bu ziddiyyətlərin başqa təzahürünü təsəvvür edə bilmirəm”, – o bildirib.
Follow @7timesaz