Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev ölkəsini tərk edib.
7Times.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Atambayevin müalicə üçün İspaniyaya getdiyi bildirilir.
Qeyd edək ki, eks-prezident fevralın 14-də həbsdən azad edilib.
Atambayev ötən ilin yayında korrupsiya işi üzrə əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, 2013-cü ildə kriminal avtoritet Əziz Batukaevin həbsdən qanunsuz olaraq azad edilməsində Atambayevin əli olub. Ötən gün Ali Məhkəmə Atambayev barəsində açılan cinayət işinə təkrar baxılması barədə qərar qəbul edib. Modern.az
Follow @7timesaz