Sabirabad rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
7Times.az Reporta istinadən xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistral yolunun rayonun Bulaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, mikroavtobus yük maşını ilə toqquşub.
Qəza zamanı 1955-ci il təvəllüdlü Hüseynova Cəmilə Məhərrəm qızı, 1998-ci il təvəllüdlü Zeynalov Elçin Xanlar oğlu, 1992-ci il təvəllüdlü Salayev Sübhan Etibar oğlu, 1973-cü il təvəllüdlü Əliyev Bərxudar Saleh oğlu və 1970-ci il təvəllüdlü Məmmədova Cəvahir Əliş qızı müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Follow @7timesaz