Türkiyənin İstanbul şəhərində dünən axşam saatlarında nadir rast gəlinən təbiət hadisəsi baş verib.
Sərin, lakin günəşli gün keçirən istanbullular axşam saatlarında güclü leysanla qarşılaşıblar. Pik saatlarda başlayan güclü yağış yollarda vəziyyətə də pis təsir edib. Eyni zamanda, İstanbulun üzərindən keçən bulud Günəş batmamış şəhəri bir anda qaranlığa qərq edib.
Yeddi kilometrlik bulud beş dəqiqə ərzində Günəşin qarşısını kəsib. Havanın qəfil qaralması insanlarda təşviş yaradıb./oxu.az
Follow @7timesaz