“Hesabalama Palatasının 2022-ci il üçün hesabatından görsənir ki, 28 auditin 26-da dövlət satınalmaları ilə bağlı pozuntu qeydə alınıb”.
7Times.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, 2022-ci ildə uyğunluq auditi üzrə maliyyə pozuntularının məbləği 481 milyon manat olub. “Bu həmin audit çərçivəsində baxılmış ümumi məbləğin 21 faizidir. Bu audit çərçivəsində 2 milyard 353 milyon manat audit olunub. Bu o deməkdir ki, uyğunluq auditi çərçivəsində yoxlanmış hər 100 manatdan 21 manatında pozuntu qeydə alınıb. Eyni zamanda uyğunsuzluq müəyyənləşdirilmiş məbləğin 73 faizini, yəni 349 milyon manatı geri qaytarılması mümkün olmayan vəsaitlərdir. Bu isə kifayət qədər ciddi maliyyə araşdırması tələb edir”, – deputat vurğulayıb.
V.Bayramovun sözlərinə görə, Palata fəaliyyət göstərdiyi dövrdə yalnız bir dəfə pre-audit keçirib: “Halbuki, pre-audit nəzarətin keyfiyyətinin artırılması baxımdan çox vacibidr. İNTOSAİ-in əsas tövsiyələrindən biri də informasiya texnologiyası auditi aparılmasıdır. Amma hələ də Palata tərəfindən bu audit növündən istifadə olunmur. Halbuki, bu auditdən istifadə nəzarətin miqyasının genişləndiriməsinə imkan yarada bilər”.İqtisadçı əlavə edib ki, 2022-ci ildə səmərəlilik (performance) auditin nəticələri 5-dir, yalnız 1 səmərəlilik auditin nəticəsində nəticəlilik ilə yanaşı qənaətlilik və səmərəlilik meyarları nəzərə alınıb. “Bu isə ondan xəbər verir ki, səmərəlilik auditin meyarlarının təkmilləşdirilməsinə ehtiyac var. Eyni zamanda, səmərəlilik auditin ümumi auditdə payı cəmi 11.9 %, orta müddətli dövr üçün hədəf isə 15.0 faiz idi. Səmərlilik auditin sayının az olması nəzarət mexanizmlərinin keyfiyyətinə birbaşa təsir göstərir”, – millət vəkili vurğulayıb.
Follow @7timesaz