Dünya

“ABŞ və Aİ-nin “vicdanlı broker” rolunu oynamaq cəhdləri uğursuz oldu” – Zaxarova

“ABŞ və Aİ-nin “vicdanlı broker” rolunu oynamaq cəhdləri uğursuz oldu” – Zaxarovabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-ın və Avropa İttifaqı (Aİ) ölkələrinin, xüsusən də Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində “vicdanlı broker” rolunu oynamaq cəhdləri uğursuz oldu”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“Fransalı və amerikalı həmkarlarımızın Rusiya əleyhinə müntəzəm çıxışları onların hər kəsi yalnız Cənubi Qafqazda sülhün əldə edilməsi maraqlarını rəhbər tutduqlarına inandırmaq cəhdlərini iflasa uğratdı”, – o qeyd edib və əlavə edib ki, bu cür bəyanatları konstruktiv hesab etmək olmaz.

Zaxarova bildirib ki, qeyd olunan məqamlar rəsmi Vaşinqtonun və Parisin əsl istəklərinin konyunktur, siyasi xarakter daşıdığı və Rusiyanın mövqeyini sarsıtmağa yönəldiyi hissini gücləndirir, region xalqlarının taleyi ilə bağlı narahatlıq isə onların planlarına daxil deyil.