Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Aberdin” (Şotlandiya) klubunun baş məşqçisi Stiven Qlass Ağdam təmsilçisi ilə keçiriləcək görüşlər haqqında danışıb.
7Times.az xəbər verir ki, 45 yaşlı mütəxəssis 3-cü təsnifat mərhələsinin “Breydablik”lə (İslandiya) cavab matçından sonra pley-off görüşləri barədə fikirlərini bölüşüb. Şotlandiyalı mütəxəssis Bakı səfərindən qələbə ilə qayıtmaq istədiklərini bildirib:
“Qarabağ”la ilk matçı səfərdə keçirəcəyik. Sərfəli nəticə ilə geri dönməliyik. Məqsədimiz orada qələbə qazanmaq olacaq. Sonra növbəti cümə axşamı gecəsi burada böyük azarkeş dəstəyi ilə qrup mərhələsinə düşməyə çalışan qətiyyətli bir komanda görəcəksiniz”.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 19-da Bakıda, cavab görüşü isə avqustun 26-da Aberdində keçiriləcək.
Follow @7timesaz