Ölkə

Abid Şərifovun nəvəsinə məxsus lüks oteldən FOTOLAR

Abid Şərifovun nəvəsinə məxsus lüks oteldən FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hələ iki ay əvvəl baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudovun Şəkidə özünə otel kompleksi tikməsi ilə bağlı məlumat və sənəd yaymışdım. Abid müəllim bu gün həmin faktı doğrulayıb və kompleksin “alabala”ya deyil, nəvəsinə aid olduğunu təsdiq edib”.

7times.az xəbər verir ki, bunu jurnalist Cavanşir Həsənli bildirib.

“Düzdür ora Abid müəllimin gözündə bir az balaca görünür, amma şəkililər zarafatcıl olurlar. Baş nazirin keçmiş müavini deyib ki, rayonun füsunkar yerində kotteclərdən ibarət istirahət kompleksi guya yataqxana imiş”, – deyə jurnalist qeyd edib.

Xatırladaq ki, baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudovun Şəkidə otel kompleksi tikməsi ilə bağlı məlumat yayılıb.

Abid Şərifov saytlardan birinə faktı təsdiqləyib. “Ona otel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük bir kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?”, – deyə A.Şərifov vurğulayıb.

Qeyd edək ki, “Səki Park” otel dörd mərtəbəli binadan və ümumi sahəsi 5200 kvadrat metrdən çox olan 1,2 və 3 otaqlı koteclərdən ibarətdir. Burada qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri var.