Nyu-Yorkun baş prokuroru Letitia Ceyms, 12 ştatın baş prokurorluğunun nümayəndələri sahibkar İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) məlumatlara çıxışını məhdudlaşdırmaq üçün məhkəməyə müraciət etmək niyyətindədir.
7Times.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, onlar planetin ən zəngin adamı olan Maska “yox” deməyə öyrəşməyiblər.
Ceyms əlavə edib ki, Birləşmiş Ştatlarda heç kim qanundan üstün deyil və prezidentin seçdiyi şəxslərə şəxsi məlumat vermək səlahiyyəti yoxdur və o, Konqres tərəfindən təsdiqlənən ödənişləri dayandıra bilməz.
Onun sözlərinə görə, Mask agentliyinin əldə etdiyi imkanlar misilsizdir və DOGE-nin belə səlahiyyətləri yoxdur.
Daha əvvəl bildirilmişdi ki, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin mütəxəssisləri “Medicare” və “Medicaid” (CMS) milli tibbi sığorta proqramlarının ödəniş və müqavilə sistemlərinə çıxış əldə ediblər.
Həmçinin məlum olub ki, ABŞ Maliyyə Nazirliyi həmkarlar ittifaqları tərəfindən qaldırılan iddiadan sonra DOGE işçilərinə federal ödəniş sisteminə girişi təmin etməkdən imtina edib.
Follow @7timesaz