Dünya

ABŞ bu gün faizləri bir qədər də artıracaq: Dollar bahalaşa bilər

ABŞ bu gün faizləri bir qədər də artıracaq: Dollar bahalaşa bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da mərkəzi bank funksiyasını həyata keçirən Federal Rezerv Sistemi (FES) bu gün faiz dəyişikliyi ilə bağlı növbəti qərarını açıqlayacaq. 

7Times.az  xəbər verir ki, ABŞ-da və dünyada yüksək qiymət artımları FES-i faizləri bir qədər də artırmağa məcbur edir.

Birjaların gözləntisi faizlərin 0,7 bənd artırılmasıdır. Lakin yüksək qiymət artımlarının dayanmaması FES-i daha sərt faiz artımına getməyə məcbur edə bilər. Bu ehtimal daxilində FES–in uçot dərəcəsini 1 faiz bəndi artıracağı gözlənilir. Əgər belə yüksək artım baş verərsə, uçot dərəcəsi 2,5-2,75 faiz həddinə yüksələcək.

Uçot dərəcəsinin böyük sürətlə artırılacağı ehtimalı dolları bahalaşdırır. Bu gün birjalarda Dollar İndeksi bir qədər də yüksələrək 110,5 səviyyəsinə çatıb. İndeksin yüksəlməsindən sonra avro/dollar məzənnəsi 0,99-a geriləyib, qızıl isə bir qədər də ucuzlaşaraq qramının dəyəri 54 dollara düşüb.

Ümumən, dolların bahalaşması bir çox məhsullun ucuzlaşmasına səbəb olur. Son günlərdə neftin dəyərinin 90 dollara qədər geriləməsində, metalların, ərzaq qiymətlərinin düşməsində bu amilin təsiri var.

Bu baxımdan dollar bahalaşdıqca, Azərbaycanın həm ixracı, həm də idxalı azalacaq.

Baha dollar eyni zamanda Dövlət Neft Fondunun aktivlərinin də dəyərini aşağı salacaq. Çünki Fondun aktivlərinin önəmli hissəsi avro və qızılda saxlanılır. Hər iki aktivin dəyəri dolların bahalaşmasına görə düşür.

Dolların bahalaşmasının dollar/manat məzənnəsinə təsiri isə yoxdur. Çünki dollar/manat məzənnəsi Azərbaycanın cari əməliyyatlar balansının vəziyyətindən asılıdır ki, burada da əsasən, müsbət dinamika müşahidə edilir.