“Fransanın ermənipərəst mövqeyini davam etdirdiyi indiki mərhələdə Cənubi Qafqazda mövqelərini möhkəmləndirməsi mümkün olmayacaq”
“ABŞ dövlət katibi Entoni Blinken İrəvana zənginin sabahısı Bakıya da zəng edir və tərsinə. Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla, ardınca Azərbaycan prezidenti ilə telefonla danışıb. Blinken Fransa prezidenti Emmanuel Makrondan fərqli olaraq tərəfsizliyini pozmur, çünki balansı ermənilərin xeyrinə pozsa rəsmi Bakı Vaşinqtonun vasitəçiliyinə ehtiyac duymayacaq”
Bunu 7Times.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Bunun isə ABŞ-ın regional maraqlarına zidd olduğunu vurğulayan politoloqun sözlərinə görə, Vaşinqton Cənubi Qafqazda Kremllə rəqabət aparmaq istəyirsə, bölgə ölkələrinin tamamı ilə yaxşı əlaqələrə malik olmalıdır: “Paris isə Ermənistanı və Qarabağ separatçılarını seçib. Ona görə də ABŞ-dan fərqli olaraq Fransanın ermənipərəst mövqeyini davam etdirdiyi indiki mərhələdə Cənubi Qafqazda mövqelərini möhkəmləndirməsi mümkün olmayacaq”.
7Times.az
Follow @7timesaz