Dünya

ABŞ gələn il üçün neftin qiyməti üzrə proqnozunu artırıb

ABŞ gələn il üçün neftin qiyməti üzrə proqnozunu artırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Energetika Nazirliyi 2025-ci ildə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 74,5 ABŞ dollarından 74,22 dollaradək azaldıb.

Bununla yanaşı EIA 2026-cı il üçün qeyd olunan neft markalarının orta qiymətləri üzrə proqnozunu yeniləyib. Belə ki, qurumun ehtimalına görə, gələn il “Brent”ın bir barelinin orta qiyməti 68,47 dollar (öncəki proqnoz – 66,46), WTI-ın isə 64,97 dollar (öncəki proqnoz – 62,46) olacaq.

Qeyd olunur ki, 2024-cü ildə “Brent” və WTI markalı neftin qiyməti müvafiq olaraq 80,56 dollar və 76,6 dollar təşkil edib.