Yeni dərs ilinin başlanması ərəfəsində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bu il birinci sinfə gedəcək şəhid övladları ilə görüşüb.
Şəhid Səbuhi Hüseynlinin oğlu Babək və şəhid Müqəddəs Qədirovun qızı Nur bu il məktəbə ilk qədəmlərini atacaqlar.
Bu münasibətlə rayon rəhbəri hər iki şəhid ailəsinin üzvlərini qəbul edib.
İcra başçısı birinci sinfə gedəcək uşaqlara təhsildə uğurlar arzulayıb, onlara dərs ləvazimatları və digər hədiyyələr təqdim edib.




