Hərbi

İsrail ordusu Suriyaya zərbələr endirib

İsrail ordusu Suriyaya zərbələr endiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Suriyanın cənubundakı silahsızlaşdırılmış zonada yerləşən Ayn əl-Şəra və Harbun rayonlarını artilleriya atəşinə tutub.

7Times.az xəbər verir ki, bu barədə “Əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, atəş işğal olunmuş Qolan təpələrindəki İsrail mövqelərindən açılıb. Zərbələr nəticəsində bəzi ərazilərdə yanğınlar baş verib.

Bildirilib ki, Dəməşqdən 55 kilometr cənub-qərbdə yerləşən Beyt Jann şəhəri yaxınlığına da mərmilər düşüb. İsrail qüvvələri Tell Ahmar və Ayn əl-Nuriya kəndlərinə əlavə hərbi qüvvələr göndərib.

Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani İsrailin hərbi əməliyyatlarını pisləyib və İsrail qoşunlarının silahsızlaşdırılmış zonadan çıxarılmasını tələb edib.