Dünya

ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq

ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusundakı hərbçilərin sayını artıracaq və uzun illər NATO üçün problem olaraq qalacaq.

 

7Times.az  xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ABŞ-nin Avropa Komandanlığının rəhbəri general Kristofer Kavoli deyib.

 

O bildirib ki, Ukraynadakı müharibənin necə bitməsindən asılı olmayaraq, Rusiya təhlükə mənbəyi olaraq qalacaq. “Onlar ittifaq üçün uzunmüddətli təhlükə yaradacaqlar. Bizim Rusiya ilə böyük problemimiz olacaq”, – K.Kavoli Vaşinqton Atlantik Şurasında çıxışı zamanı söyləyib.

 

“Rusiya hərbi personalının sayını artıracaq. Onlar artıq belə planlarının olduğunu açıqlayıblar. Bu məqsədlərə nail olmaq üçün artıq sənaye istehsalını və kadrların işə qəbulunu artırıblar. Onlar itkilərini ən qısa zamanda bərpa etməyə çalışacaqlar”, – general əlavə edib.