Dünya

ABŞ Konqresi Ukraynaya 300 milyon vəsait ayırıb

ABŞ Konqresi Ukraynaya 300 milyon vəsait ayırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya dəstək məqsədilə 300 milyon dollar vəsait ayrılmasını təsdiqləyib.

“AzPolitika.info” xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) büdcəsindən çıxarılaraq, yeni qanun layihəsinə çevrilən və Ukraynaya 300 milyon dollarlıq yeni yardımı nəzərdə tutan qanun layihəsi bu gün səsverməyə çıxarılıb.

Sözügedən qanun layihəsi 311 “hə” və 117 “xeyr” səsi ilə təsdiq edilib.

Qeyd edək ki, Pentaqonun 2024-cü il büdcəsinə Ukraynaya yardımın daxil edilməsi respublikaçılarla demokratlar arasında növbəti dəfə gərginliyə səbəb olub.