Dünya

ABŞ-nin müdafiə naziri xəstəxanaya yerləşdirildi – Ostinin xərçəng olduğu Baydendən gizlədilib

ABŞ-nin müdafiə naziri xəstəxanaya yerləşdirildi – Ostinin xərçəng olduğu Baydendən gizlədilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 9-u çərşənbə axşamına qədər Pezident Co Bayden ABŞ-nin müdafiə naziri Lloyd Ostinin xərçəng xəstəliyi barədə məlumatlandırılmayıb. 

“AzPolitika.info” “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Prezidentə məlumat təxminən Amerika ictimaiyyətinin 70 yaşlı Ostinin səhhəti barədə məlumat aldığı vaxt verilib. Hazırda prostat xərçəngindən əziyyət çəkdiyi məlum olan müdafiə naziri Lloyd Ostin yeni il gecəsi Valter Rid Milli Hərbi Tibb Mərkəzinə yerləşdirilib. Pentaqon bu faktı ictimaiyyətdən, Ağ Evdən və Konqresdən yanvarın 5-dək gizlədib və bu, ciddi siyasi qalmaqala səbəb olub.

Bu insidentlə əlaqədar Ağ Ev Nazirlər Kabinetinin səlahiyyətlərin verilməsinə dair protokollarını nəzərdən keçirməyə başlayıb. Bazar ertəsi rəsmilər Prezident Baydenin klinikada həkim nəzarəti altında olan Ostini işdən çıxarmaq planının olmadığını bildiriblər.

Bu vəziyyətdə onun hərəkətləri kabinetin yüksək səviyyəli nazirləri üçün protokolun kobud şəkildə pozulması kimi görünürdü. Bu səviyyəli məmurlar adətən xəstəliklə əlaqədar planlaşdırılan məzuniyyətlər barədə ictimaiyyətə əvvəlcədən məlumat verir və onların yerinə kimin gələcəyini göstərirlər.