“NATO-nun Madrid sammitindən sonra Türkiyə və ABŞ arasında siyasi əlaqələr normallaşır”.
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, F-35 və F-16 qırıcıların Ankaraya verilməsində problem olsa da, Ağ Ev rəhbəri Co Bayden sammitdə Ərdoğanla görüşündə Türkiyəyə F-16 qırıcılarının verilməsində heç bir probelmin olmadığını qeyd edib:
“Türkiyəyə F16 verilməsi Vaşinqtonla Ankara arasında müttəfiqlik münasibətlərinin inkişafına töhfə verəcək və gələn il keçiriləcək seçkilərdə Ərdoğanın mövqelərini möhkəmləndirəcək. ABŞ-Türkiyə əlaqələrinin normallaşması hər iki ölkənin maraqlarına cavab verir. İlk növbədə burada ABŞ Qərbin Rusiyaya qarşı koalisiyasında yarana biləcək böhranı aradan qaldırdı. Bu ölkə həmçinin Türkiyə ilə münasibətləri qayadaya salmaqla, Moskva və Anakara arasında strateji yaxınlaşmanı önləyəməyə çalışacaq”.
Ekspert əlavə edib ki, ABŞ-Türkiyə əlaqələri normallaşsa da, müxtəlif istiqamətlərdə soyuq münasibətlər hökm sürəcək:
“Xüsusilə, Türkiyədə keçiriləcək seçkilərdə ABŞ-ın mövqeyi Ankara tərəfindən diqqətlə izləniləcək. ABŞ növbəti seçkilərdə Ərdoğanın qalib gəlməsində maraqlı deyil. Vaşinqtonun seçkilərə təsiri isə minimum dərəcəsindədir. Buna baxmayaraq, hər iki ölkə NATO daxilində birliyi qormaqda və hərbi-texniki əməkdaşlığı davam etdircəklər. ABŞ və Türkiyə əlaqələrinin normallaşmasında İsrailin xüsusi rol oynaması istisna deyil. Son aylarda İsrail-Türkiyə əlaqələri yüksək müstəvidə davam edir. İki ölkə arasında aviasiya sahəsində də müqavilə bağlanır. Türkiyənın ABŞ və İsraillə siyasi əlaqələrinin normallaşaması, Azərbaycanın da xarici siyasətinə və milli təhlükəsizlik maraqlarına cavab verir. Prezident İlham Əliyev bu istiqamətdə çevik siyasət aparıb, Azərbaycanın Rusiya qaşısında mövqelərini gücləndirəcək”.
Follow @7timesaz