Dünya

ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib – Əməliyyatlar başa çatdırılıb (Yenilənib)

ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib – Əməliyyatlar başa çatdırılıb (Yenilənib)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən son hərbi əməliyyatların başa çatdırıldığınsa dair aşıqlama yayıb.

“7Times.az” xəbər verir ki, komandanlığın “X” platformasında yayılan məlumatına görə, ABŞ qüvvələri İranın hərbi müşahidə imkanlarına, rabitə sistemlərinə və hava hücumundan müdafiə infrastrukturuna zərbələr endirib.

Həmçinin bildirilib ki, əməliyyatlarda ABŞ Hərbi Hava Qüvvələri, Dəniz Piyadaları Korpusu və Hərbi Dəniz Qüvvələrinin vasitələrindən istifadə olunub.

“Zərbələr İranın davam edən təcavüzünə cavab olaraq həyata keçirilib və bölgədə ABŞ qüvvələrinə, eləcə də, beynəlxalq dəniz ticarətinə təhlükə yaradan hədəflər vurulub” – deyə, qeyd olunub..

***

ABŞ ordusu İranda yerləşən bir sıra hədəflərə qarşı hərbi əməliyyat keçirdiyini bəyan edib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatda bildirilib ki, Prezident Donald Trampın göstərişi əsasında İrandakı çoxsaylı hədəflərə qarşı yeni zərbələr həyata keçirilib.

Qurumun açıqlamasına görə, zərbələr İranın əsassız və davamlı təcavüzkar hərəkətlərinə cavab olub: “Mərkəzi Komandanlıq qüvvələri Ali Baş Komandanın əmrlərinə əsasən, iyunun 10-da İrandakı bir neçə hədəfə əlavə zərbələr endirib”.

Komandalıq əlavə edib ki, hücumlar İranın rabitə, hava hücumundan müdafiə və kəşfiyyat sistemlərini hədəf alıb.

İranın “Mehr” agentliyi isə hücumlar fonunda ölkənin müxtəlif bölgələrində partlayış səslərinin eşidildiyi, hava hücumundan müdafiə sistemlərinin isə aktivləşdirildiyini yazır.

Bildirilir ki, Fars əyalətində və Tehranın qərb hissəsində hava hücumundan müdafiə sistemləri işə salınıb. Yerli mənbələr partlayış səslərinin eşidildiyini bildirsələr də, ilkin məlumatlara əsasən bunun müdafiə sistemlərinin fəaliyyəti ilə bağlı olduğu qeyd edilir.

İran dövlət televiziyası Kiş adası ətrafında da naməlum səslərin eşidildiyini, hadisənin səbəbinin araşdırıldığını açıqlayıb..

“Tasnim”in məlumatına görə, partlayış səsləri Hörmüzqan əyalətinin Sirik və Minab şəhərlərində də qeydə alınıb. Dövlət televiziyası Sirikdə ən azı üç partlayış səsinin eşidildiyini bildirib.