Aktual

ABŞ Rusiyanın Ermənistanla Azərbaycanı barışdıracağına İNANIMIR

ABŞ Rusiyanın Ermənistanla Azərbaycanı barışdıracağına İNANIMIRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays rəsmi Vaşinqtonun onilliklər ərzində Ermənistan və Azərbaycanın tərəfdaşı olduğunu vurğulayıb.

7Times.az  xəbər verir ki, Ned Praysın sözlərinə görə, Cənubi Qafqaz ölkələrinin, o cümlədən Ermənistan və Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ-dan böyük tərəfdarı yoxdur.
“1991-ci ildə Ermənistan və Azərbaycanın müstəqilliyini bərpa etməsi dönüş nöqtəsi oldu. Biz Ermənistan və Azərbaycanla əlaqə saxlayırıq, bunu yalnız bir məqsədlə edirik: zorakılığa son qoymaq və bu ölkələri davamlı və hərtərəfli sülh yoluna çıxarmaq. Biz bu ölkələri onlar üçün ən faydalı formatda görüşməyə çağırdıq. Biz problemlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun faydalı olacağına inanırıq”, – deyə o bildirib.

Ned Prays bəyan edib ki, Ermənistan və Azərbaycanla bağlı Moskvadan aldadıcı məlumatlar, daha doğrusu, dezinformasiyalar yayılmaqda davam edir.

Rusiya Federasiyasının səylərini konkret şərh etməyən ABŞ rəsmisi deyib ki, Ermənistan və Azərbaycan qarşıdakı danışıqlarda hansı yanaşmadan istifadə edəcəklərinə qərar verməlidirlər.

“Dünya Rusiyanın qonşularına münasibətini görür”, – deyə o bildirib.
Praysın sözlərinə görə, 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzü və Ukraynada davam edən qəddar işğalı göstərir ki, Moskva qonşularının suverenliyinə hörmət etmir və çətin ki, etibarlı uzunmüddətli tərəfdaş ola bilər.

“Bizim yeganə məqsədimiz bu ölkələrə zorakılığa son qoymağa, Ermənistan və Azərbaycan xalqlarının çox istədiyi sabit və hərtərəfli sülhün bərqərar olmasına kömək etməkdir”, – o vurğulayıb.