ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Şəhidlərin Anım Günündə Şəhidlər Xiyabanını ziyarət edib.
7Times.az xəbər verir ki, səfirliyin sosial şəbəkə hesablarında diplomatın mesajı və fotoları paylaşılıb.
“Bu gün biz Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini ehtiramla yad edirik. Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün, uzlaşmanın və sabitliyin möhkəmləndirilməsinə sadiq qalmaqdadır. Biz regionun bütün xalqlarının rifahı naminə humanitar yardım, minaların təmizlənməsi və davamlı və layiqli sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik”, – səfir qeyd edib.
Follow @7timesaz