ABŞ-ın Ukraynaya yardım göstərməsi məsələsinin müzakirəsi 2024-cü ilin yanvarınadək təxirə salınıb.
7Times.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Senatdakı demokratlar və respublikaçıların birgə bəyanatında deyilir.
Senat çoxluğunun lideri Chuck Schumer jurnalistlərə deyib ki, “danışıqçılar dekabr və yanvar tətilində çox hərtərəfli iş görəcəklər və məqsədimiz geri qayıdan kimi nəsə etməkdir”.
İlin sonuna qədər razılığın əldə olunmayacağı barədə məlumatı respublikaçı senator Con Tun da təsdiqləyib.
Bu arada, Senatın iki partiyalı liderləri Chuck Schumer və Mitch McConnell birgə bəyanatda danışıq aparanların “həvəsləndirici” irəliləyiş əldə etdiklərini, lakin hələ də bəzi “çətin məsələləri” həll etmədiklərini bildiriblər.
Xatırladaq ki, Co Bayden Meksika sərhədində miqrasiyanı sərtləşdirərsə, respublikaçılar Ukraynaya ayrılan 61 milyard dollarlıq yardımı əngəlləyəcəklərini vəd edirlər.
Follow @7timesaz