Dünya

ABŞ Suriyaya qarşı sanksiya rejimini yumşaldan qərar verdi

ABŞ Suriyaya qarşı sanksiya rejimini yumşaldan qərar verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) 8 dekabr 2024-cü il tarixindən sonra Suriyada maliyyə fəaliyyətini genişləndirmək üçün ümumi lisenziya verib.

7Times.az  “Reuters” agnetliyinə istinadla xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin bəyanatı Vaşinqtonun ehtiyacı olan insanlara ictimai xidmətlərin və humanitar yardımın inkişafına sadiqliyini təsdiqləyir.Agentlik yazır ki, ümumi lisenziya altı ay müddətinə verilib, ABŞ hökuməti Suriyadakı vəziyyətin inkişafını izləyir.

“Rusiya və İran tərəfindən dəstəklənən Bəşər Əsədin qəddar və repressiv hakimiyyətinin sonu Suriyaya yenidənqurma üçün unikal imkan verir”, – Maliyyə Nazirinin müavini Uolli Adeyemo deyib.

O, əmin edib ki, ABŞ Maliyyə Nazirliyi Suriyaya humanitar yardımın göstərilməsinə və yeni hakimiyyətin məsul qərarlarına dəstəyini davam etdirəcək.

Suriya Yaxın Şərq regionunda ABŞ-nin ən sərt sanksiyalarına məruz qalan ölkələrdən biridir. “Reuters” qeyd edir ki, ABŞ Maliyyə Nazirliyi ölkəyə tətbiq etdiyi ağır sanksiyalara baxmayaraq Suriyanın yeni hakimiyyət orqanlarının inkişafına kömək etmək qərarına gəlib. Bu səylərə elektrik enerjisi, su və kanalizasiya təminatı da daxildir.

Xəzinədarlıq Departamentinin qərarı ABŞ sanksiyalarına məruz qalan heç bir şəxsin əmlakını və ya əmlak maraqlarını azad etməyəcək. Reuters qeyd edir ki, “Suriyada dövlət qurumlarına və ya əlaqəli xidmət təminatçılarına müəyyən ödənişlər etmək məqsədi istisna olmaqla” hər hansı bloklanmış şəxsə maliyyə köçürmələri qadağandır.

“Wall Street Journal” isə yazır ki, ABŞ respublikanın yeni hakimiyyətinin siyasətinin istiqaməti aydınlaşana qədər Suriyaya qarşı tətbiq edilən bütün məhdudiyyətləri götürmədən ehtiyatlı davranmağı planlaşdırır. Vaşinqton Dəməşqin qadınların və etnik azlıqların hüquqları ilə bağlı verdiyi vədlərə əməl edəcəyinə zəmanət axtarır.

Rusiyanın TASS dövlət agentliyi isə yazır ki, ABŞ Maliyyə Nazirliyi enerji resurslarını, Suriya hakimiyyət orqanları ilə bağlı əməliyyatları və bu ərəb respublikasının Mərkəzi Bankı vasitəsilə pul köçürmələrini sanksiyalardan azad edib. Söhbət 2024-cü il dekabrın 8-dən sonra Suriyada dövlət qurumları ilə aparılan əməliyyatlar, neft, neft məhsulları, təbii qaz və elektrik enerjisi də daxil olmaqla enerji resurslarının satışı, tədarükü, saxlanması və ya bağışlanmasını dəstəkləyən əməliyyatlardan gedir.

“AzPolitika.info”