Hərbi

ABŞ Ukraynaya 300 kilometri vuran raketlər verir  ATACMS-ın ehtiyat hissəsləri ölkəyə gətirilib

ABŞ Ukraynaya 300 kilometri vuran raketlər verir – ATACMS-ın ehtiyat hissəsləri ölkəyə gətirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ çox güman ki, Ukraynaya ATACMS uzaqmənzilli raket sistemləri verəcək. Artıq onun ehtiyat hissələri ölkəyə gətirilib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “ABC News” özəl mənbələrə istinadən xəbər yayıb.

Mənbə bildirib ki, planların rəsmi elandan əvvəl dəyişməsi mümkündür. Başqa bir mənbəyə görə, raketlərin çatdırılması nəzərdən keçirilir və çox güman ki, Amerikanın Ukraynaya növbəti yardım paketinə daxil ediləcək.

Modifikasiyadan asılı olaraq ATACMS raketlərinin uçuş məsafəsi 300 kilometri keçə bilər. Bu, Ukraynaya cəbhə xəttinin xeyli arxasında, xüsusən də ilhaq edilmiş Krımda yerləşən rus qoşunlarına zərbələr endirməyə imkan verəcək. Əvvəllər Vaşinqton qismən münaqişənin daha da genişlənməsinə səbəb olacağı qorxusundan, qismən də bu cür sistemlərin məhdud təchizatı səbəbindən ATACMS raketlərini Ukraynaya ötürməkdən imtina edib.

İki məmur ABC News-a bildirib ki, indi ABŞ ilkin qiymətləndirmədən daha çox ATACMS raketlərinə malik olduğunu aşkar edib. Amma bu komplekslərin nə qədərinin istifadəyə uyğun olduğu hələ aydın deyil.