Ölkə

Abşeronda BMW aşdı – Yaralılar var 

Abşeronda BMW aşdı – Yaralılar varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda (Digah-Məmmədli avtomobil yolunun 2-ci kilometrliyi) “BMW” markalı minik avtomobili yol kənarına aşıb, 3 nəfər xəsarət alıb.

Bu barədə 7Times.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nəticədə avtomobilin mühərrik hissəsi yanıb.

Hadisə zamanı sürücü və 2 nəfər sərnişin müxtəlif bədən xəsarətlərilə yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.