AMEA-nın prezidenti, akedemik Ramiz Mehdiyev akademiyanın elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını, korrupsiya faktlarını və idarəetmədə hökm sürən hərc-mərcliyi tənqid edib.
“7times” xəbər verir ki, R. Mehdiyev bu haqda AMEA-nın Elmi İnnovasiyalar və Alternativ Enerji Texnologiyaları üzrə Elmi Şurasının ilk iclasında danışıb.
O, Akademiyanın elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını, korrupsiya faktlarını və idarəetmədə hökm sürən hərc-mərcliyi kəskin tənqid edib və qarşıya çıxan problemlərin tezliklə həllinin vacibliyini vurğulayıb.
AMEA prezidenti əlavə edib ki, yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəyə görə AMEA-nın İşlər idarəsinin sabiq müdiri Fətəli Abdullayev ciddi məsuliyyət daşıyır.
Follow @7timesaz