Məşhur türkiyəli iş adamı, aparıcı Acun Ilıcalı ötən gün Bakıya gəlib.
Axşam.az xəbər verir ki, Fəxri Xiyabana yollanan Acun media nümayəndələri ilə də görüşüb. O, çıxışından əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Acun bildirib ki, Azərbaycanla bağlı layihələr etməyi düşünür:
“Burada bir şou proqram hazırlaya bilərik. Məsələn, “Survivor”un yarımfinalını Azərbaycanda təşkil etmək olar. Niyə də olmasın? Burada həm yaxşı insanlar çoxdur, həm də bizə böyük maraq var”.
Foto: İlqam Cəbiyev
Follow @7timesaz