Ölkə

Afət Fərmanqızı bətnindəki uşağı itirdi – “Meşədə gəzərkən…” + Video

Afət Fərmanqızı bətnindəki uşağı itirdi – “Meşədə gəzərkən…” + Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Afət Fərmanqızına ağır itki üz verib.

7Times.az  xəbər verir ki, müğənninin uşağı düşüb.

Afət Fərmanqızı saytımıza bildirib ki, meşədə gəzərkən yolunu azıb. Bu an müğənninin qarşısına it çıxıb. İtin müğənniyə hücumu onu həyəcanlandırıb. Bu da müğənninin uşağının düşməsinə səbəb olub:

“Hazırda həkim nəzarətindəyəm. Oktyabr ayında yenidən hamiləlik nəzərdə tutulur. Ana olmaq üçün heç bir problemim yoxdur. Düzdür, 42 yaşda  hamiləlik riskli idi. Bu da uşağın düşmə səbəblərindən biridir.

Digər səbəb də həkim mənə təyyarədən istifadə etməyi qadağan etsə də, sözlərinə önəm vermədim. Bütün bunlara baxmayaraq yoldaşım və mən ikinci dəfə valideyn olmaq arzusundan dönmürük.

Bilirsiniz ki, üç gün əvvəl Bakıya gəlmişdim. Hava nəqliyyatından istifadə etməyimin də hamilələyinin pozulmasında az rolu olmadı. Hazırda müalicəmiz davam edir. Yaxında hamiləlik xəbərini və bununla bağlı tibbi sübutları bölüşəcəm”.