Ölkə

AFFA bu gün nə qərar verəcək – Premyer Liqada klub sayı artırılacaq, yoxsa..?

AFFA bu gün nə qərar verəcək – Premyer Liqada klub sayı artırılacaq, yoxsa..?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Qurumun inzibati binasında gerçəkləşəcək toplantı saat 15:00-da başlayacaq.

İclasda milli assosiasiyanın inkişafı strategiyası (inkişaf hədəflərinin müəyyən olunması, strategiyanın yazılması), Azərbaycan Premyer Liqasında komanda sayının artırılması, çempionatda 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limiti və 2024-cü il üçün AFFA-nın büdcəsi müzakirə olunacaq.

İctimaiyyəti ən çox maraqlandıran və səbirsizliklə gözlədiyi məsələ Premyer Liqada komanda sayının artırılmasıdır.

Əksəriyyət bu fikirdədir ki, əgər iştirkçı sayı ali qərarverici orqanda müzakirəyə çıxarılırsa, bu, mütləq şəkildə yeniliyin tətbiq edilməsi deməkdir.

Həqiqətənmi belədir? Saytıız AFFA rəhbərliyinə yaxın şəxslərdən müəyyən məlumatlar əldə edib.

Onların redaksiyamıza verdiyi məlumata görə, elita yarışmaçılarının sayının 10-dan 12-yə çatdırılması gündəmdədir. Ancaq…

Hələlik bu ehtimal 50 fazdir. Yəni, artım ola da bilər, olmaya da bilər.

AFFA rəhbərliyi hələ mövzu ətrafında yekun qərara gəlməyib. Say artımını istəyənlər də, istəməyənlər də var.

Məsələn, federasiya prezidenti Rövşən Nəcəf tələsməyə tərəfdar deyil. O, minimum daha 1 il səbr etməyin daha düzgün yol olduğunu düşünür.

Eləcə də icraçı vitse-prezident Sərxan Hacıyev.

Vitse-prezidentlərdən Elşad Nəsirov müzakirələrə qarışmırsa, Balakişi Qasımov da Nəcəf və Hacıyev kimi fikirləşir.

Artım istəyənlərin başında isə Qurban Qurbanov gəlir. İcraiyyə Komitəsinin yeni tərkibində yer alan «Qarabağ»ın baş məşqçisi bu rəqəmin 12-yə çatdırılmasını doğru sayır.

Bununla belə, təcrübəli mütəxəssis hesab edir ki, yekun qərar hərtərəfli analiz edilərək verilməlidir. O, keyfiyyət məsələsinə diqqət ayırmağın zəruriliyi üzərində dayanıb.

Qurbanov bildirib ki, Premyer Liqanın sərhədlərinin genişləndirilməsi ümumi səviyyəni aşağı salmamalıdır, yeni gələnlərin maddi-texniki bazası rəqabətədavamlı olmalıdır, infrastruktur sarıdan problemlər təzliklə öz həllini tapmalıdır.

SPORTİNFO.AZ