“Qısa müddət ərzində yeni strategiya müəyyənləşdirməliyik. Ancaq bunu tətbiq etmək üçün vaxta ehtiyac olacaq”.
7Times.az xəbər verir ki, bu sözləri AFFA-nın yeni prezidenti Rövşən Nəcəf deyib.
O, uşaq futbolunun inkişafı üçün əllərindən gələni edəcəklərini bildirib: “Bölgələrdən yeni istedadlı uşaqların üzə çıxarılması üçün çalışacağıq. Çünki aşağı yaş qruplarına diqqət ayırsaq, ölkə futbolu daim yüksək yerlərdə olacaq”.
Qurum rəhbəri qadın futbolunun inkişafı üçün də işlər görəcəklərini söyləyib: “Qadın futbolumuz tarixi uğur qazandı. İndi bunu daha da inkişaf etdirməliyik”.
R.Nəcəf azarkeşlərin stadionlara cəlb olunması üçün də addımlar atılacağını vurğulayıb.
Follow @7timesaz