İdman

AFFA “Qarabağ”ı sərt cəzalandırdı, Benzianı 5 oyunluq diskvalifikasiya etdi

AFFA “Qarabağ”ı sərt cəzalandırdı, Benzianı 5 oyunluq diskvalifikasiya etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA-nın İntizam Komitəsi Azərbaycan Kuboku uğrunda “Qarabağ” və “Sabah” arasında keçirilən final matçında (2:3) baş verən neqativ hallara hüquqi qiymət verib.

7Times.az xəbər verir ki, qurum xüsusilə “Qarabağ”ı sərt cəzlandırıb. Buna Ağdam klubunun əlavə vaxtda 3-cü topu qapısından buraxdıqdan sonra texniki zonada yaşananlar səbəb olub.

Beləliklə, “Qarabağ” 4 maddə üzrə cəza alıb:

– oyunun 120-ci dəqiqəsində “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalandırılıb, klub 1500 manat cərimələnib;

– matçın 120-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Yassin Benzia hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra onlara fiziki təzyiq göstərməyə cəhd edib, buna görə əlcəzairli yarımmüdafiəçi 5 oyunluq disvkalifikasiya olunub, Ağdam təmsilçisinə 3000 manat cərimə kəsilib;

– “Qarabağ”da 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub;

– azarkeşləri pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” 1500 manat cərimə ödəməlidir;

“Sabah” isə cəmi 2 hal üzrə cəzalandırılıb. “Bayquşlar”ın 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə kəsilib.

Üstəlik azarkeşlər tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün “Sabah” 1500 manat cərimələnib.