AFFA İcraiyyə Komitəsinin (İK) bu həftə bir araya gəlməsi gündəmdədir.
Bu haqda federasiyadan redaksiyamıza məlumat daxil olub.
Bildirilib ki, İK-in qarşıdakı toplantısında II Liqa ilə bağlı məsələ müzakirəyə çıxarılacaq. İlk dəfə təşkil olunacaq çempionatın sıralarının genişləndirilməsi gözlənilir.
Yarışda mübarizə aparacaq komandaların sayının 12-dən 14-yə çatdırılması planlaşdırılır. Bir neçə il öncə faəliyyətini dayandırmış “Şahdağ” yenidən futbol səhnəsinə dönüb.
AFFA və Qusar klubunun rəhbərliyi arasında danışıqlar aparılıb və ikincilər II Liqada qüvvəsini sınamaq üçünj qarşıya qoulan tələbləri yerinə yetirməyə hazır olduğunu bildirib.
Ümumiyyətlə,10-a yaxın bölgə təmsilçisi bu çempionatda qüvvəsini sınamaq niyyətiylə AFFA ilə əlaqə saxlayıb.
“Göyəzən” (Qazax), “Çinar” (Zəngilan), “Avey” (Ağsatafa), “Bakılı”, “Şuşa-Qarabağ” və digərləri qurumun qapısınıə döyüb.
SPORTİNFO.AZ
Follow @7timesaz