Ağ Ev Ukrayna Prezidenti Volodimir Zelenskinin 16 mart 2022-ci ildə ABŞ Konqresinə tarixi müraciətinə həsr olunmuş xatirə sikkəsini təqdim edib.
Manset.az xəbər verir ki, bu barədə Ağ Evin hədiyyə mağazasının saytında məlumat verilib.
Bildirilib ki, “Tarixi anlar” seriyası çərçivəsində prezidentlər Volodimir Zelenski və Co Baydenin təsviri, habelə Zelenskinin Konqresdə çıxışı anının əks olunduğu sikkə buraxılıb.
Sikkədə Ukrayna Prezidentinin çıxışından sitat da öz əksini tapıb: “Dünya lideri dünyanın lideridir”.
Təsvirdə deyilir ki, Zelenski ölkəsini və xalqını Rusiyanın qəddar təcavüzündən qorumaq üçün çox işlər görərək hər iki tərəfdə millət vəkillərinin heyranlığına səbəb olub.
Qeyd edək ki, sikkənin dəyəri 100 dollardır. Onun satışından əldə edilən gəlir tamamilə Ukrayna xalqına humanitar yardıma yönəldiləcək.
Follow @7timesaz